Miri Yusif konsert verdi - Fotolar

Miri Yusif konsert verdi - Fotolar
2818 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müğənni Miri Yusif "Ağ qarğa" adlı solo konsert verib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında reallaşan tədbirdə maraqlı anlar yaşanıb.

Konsertdə ən sevilən mahnılarını oxuyan müğənni açılışı yeni bəstəsi ilə edib. Olduqca həyəcanlı görünən ifaçı hətta bəstələrinin sözlərini də unudub. Öz ansamblı ilə sevənlərinin qarşısına çıxan müğənni fasilələrdə tamaşaçıları ilə ünsiyyət qurmağı da unutmayıb. Özəl gününə say-seçmə ulduzlarını dəvət edən Miri Yusif köhnə "Dəyirman" qrupu və əməkdar artist Sevda Ələkbərzadə ilə duet də oxuyub. Ən maraqlı məqam isə müğənninin muğam ifa etməsi olub. Anşlaq yaşanan konsertdə sevənləri mahnıları Miri Yusiflə birgə səsləndiriblər. O, gecədə tamaşaçıları üçün köhnə mahnıları ilə yanaşı, yeni bəstələrini də  ifa edib.

Xatırladaq ki, müğənni sabah da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.