“Maşın şou”da aparıcıdan gözlənilməz qərar

“Maşın şou”da aparıcıdan gözlənilməz qərar
8730 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun altıncı yarış günü də söz-söhbətsiz keçməyib.

Axşam.az xəbər verir ki, veriliş ərzində iştirakçıların əksəriyyəti Mirsalam Mirsalamovun şəklini ataraq onu oyundan uzaqlaşdırmaq istəyiblər.

Verilişin əvvəlində ikinci dəfə səsverməyə çıxan aparıcı Mirsalam dicey Çinanı çıxardacağını desə də, sonda nəticə gözlənilməz olub.

Tamaşaçıların səsverməsi nəticəsində  o, 50.75 faiz səs toplayıb və oyunda qalmaq şansı qazanıb.  Amma tələb olunan səsi yığan Mirsalam addımı ilə hər kəsi təəccübləndirib və yarışmadan özü çıxmaq qərarına gəlib. O, bu şərtlər altında mübarizə apara bilmədiyini deyib. Söz-söhbətlərdən yorulduğunu və gərgin mühitdə qalmaqda çətinlik çəkdiyini deyən M.Mirsalamov bu hadisələrin onu çox sarsıtdığını söyləyib. Murad Dadaşov və verilişə gələn qonaqlar təkidlə onun oyunda qalmasını istəsələr də, aparıcı fikrindən dönməyib  və yarışmanı tərk edib.

Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.

Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.