Bəstəkar-müğənni Emin Ağalarov dünən pərəstişkarları üçün imza günü keçirib.
Axşam.az xəbər verir ki, sənətçi sevənləri ilə görüşərək onlarla şəkil çəkdirib.
Dinləyicilərinə imzalı albomlarını hədiyyə edən Emin daha sonra Fəvvarələr meydanındakı Yeni il yarmarkasına qatılıb. Müğənni burada da pərəstişkarları ilə xatirə şəkli çəkdirib.