“Eurovision” təmsilçilərimiz Nigar Camal, Eldar Qasımov və Fərid Məmmədov Türkiyəyə yollanıblar. Axşam.az-ın məlumatına görə, məşhurların səfərinin məqsədi Əskişəhirdə baş tutan “Türkvizion” mahnı yarışmasında iştirak etməkdir. Azərbaycanı Fərid Həsənovun təmsil etdiyi müsabiqənin finalı bu gün baş tutacaq. “Eurovision” təmsilçilərimiz yarışmada Fəridi dəstəkləmək üçün onun yanında olacaqlar.
Müsabiqədə azərbaycanlı münsif qismində bəstəkar Gövhər Həsənzadə və şair Baba Vəziroğlu çıxış edəcək.