Adriana Lima Türkiyəyə köçəcək?

Adriana Lima Türkiyəyə köçəcək?
3993 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli model Adriana Limanın həyat yoldaşı, basketbolçu Marko Yariç karyerasını “Fənərbaxça”da davam etdirə bilər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serb idmançı İstanbul klubunun maraq dairəsindədir.

Yariç özü də “Fənərbaxça”da çıxış etməyin əlayhinə deyil:

“Adriana mənə Türkiyəni çox tərifləyib. İstanbulda yaşamaq bizim üçün problem yaratmaz. 35 yaşım olsa da, hələ yüksək səviyyədə oynaya bilərəm. Obradoviç (“Fənərbaxça”nın məşqçisi) kimi məşqçi ilə çalışmaq xoş olar”.

Qeyd edək ki, Adriana Lima ilə Marko Yariç 2009-cu il, fevralın 14-də ailə qurub. Cütlüyün Valentina Lima Yariç və Sienna adlı iki qızı var.