Məşhur futbolçu Kriştiano Ronaldonun model sevgilisi İrina Şeyk bir jurnalın Yeni il təqvimi üçün poz verib.
Axşam.az-ın məlumatına görə, “Daily Mail” yazır ki, “Love” jurnalında 24 gün ərzində modellər alt paltarları ilə Milad mahnıları ifa edəcəklər və fotolar çəkdirəcəklər.
Bu dəfə isə kamera qarşısına keçən İrina Şeyk olub. O, həm modellik edib, həm də mahnı oxuyub. İrina işıqların altında “Santa Baby” mahnısını səsləndirib.