Müğənni Sevda Yahyayeva dekabrın 28-də baş tutacaq ad gününü dünən qeyd edib.
Axşam.az-ın məlumatına görə, “Lider” telekanalında yayımlanan verilişlərdən biri üçün qonaqlıq edən sənətçi mərasimə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, rəqqasə Fatimə Fətəliyeva, müğənni Zamiq Hüseynov və başqalarını dəvət edib.
Sevda 28 dekabrda ad gününü dostları ilə birlikdə keçirəcəyini bildirib.