Türkiyəli müğənni Dəmət Akalın hamiləliyindən danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Övladımla əl-ələ" dərgisi üçün kamera qarşısına keçən sənətçi ana olmağın çətin olduğunu düşünür:
"41 yaşım var və riskli hamiləlik keçirirəm. Hər şeydən ehtiyat edirəm, qorxuram. Okan (həyat yoldaşı Okan Kurt - red.) mənə toxunanda diksinirəm. Məni öpməsini istəmirəm. Başqa vaxt öpüşməkdən çox zövq alıram halbuki. Hamiləlik həm də məni sülhsevər edib. İstəyirəm ki, hər kəs barışsın. Heç kim küsülü qalmasın".
Qeyd edək ki, Okan Kurtla evli olan D. Akalın Hira adını qoyduğu qızını fevral ayında dünyaya gətirəcək.