Hər zaman eyni saç düzümü və geyimdə olan əkiz bacılar, müğənni Sevil və Sevinc bu dəfə fərqli obrazda kamera qarşısına keçiblər.
Axşam.az-ın məlumatına görə, “İctimai” telekanalda yayımlanan “Yeni stil” verilişinin “Fotoimic” rubrikasının qonağı olan sənətçilər “Oxşar gözəllik fərqli formada” obrazını yaradıblar.
Xanımlardan birini kübar, digərini isə gənc müasir qızlara xas olan saç düzümü və makiyajla hazıryalıblar.
Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə “Yeni stil” verilişi hər həftənin şənbə günü saat 17:30-da Samirə Rüstəmovanın aparıcılığı ilə İctimai telekanalda yayımlanır.