Müğənni Ebru Gündəş Türkiyədə keçirilən rüşvət əməliyyatı zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabı həbsxanada ziyarət edib.
Axşam.az Anspress-ə istinadən xəbər verir ki, sənətçinin lüks maşını günorta saat 15:30-da Metris həbsxanasına gəlib.
Maşında sənətçinin də olduğu güman edilir. Mətbuatın foto çəkə bilməməsi üçün maşın həbsxananın qapısına maksimum yaxınlaşdırılıb.
Qeyd edək ki, eyni maşın Rza Zərrabın üsküdardakı villasından çıxarkən görüntülənmişdi.