Türkiyəli məşhurlar Bakıda mükafat aldı - fotolar

Türkiyəli məşhurlar Bakıda mükafat aldı - fotolar
3453 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “JW Marriott Absheron Hotel”də V “The First 2013” mükafatlandırma mərasimi baş tutub.

Axşam.az xəbər verir ki, "Xəyal Production"un təşkilatçılığı ilə keçirilən gecəyə Türkiyədən tanınmış sənətçilər qatılıb.

Aparıcılığını Samirə Rüstəmova və yazıçı, jurnalist Xəyal Rzanın etdiyi tədbirdə məşhur “Kaybolan yıllar” serialında baş rolu oynayan Saruhan Hunel, müğənni Aslı Hunel, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx, modelyer Gülnarə Xəlilova, bəstəkar Sevinc Tofiqqızı və il ərzində müxtəlif sahədə uğur qazanmış şəxslər mükafatlandırılıb.

Həmçinin yazıçı, millət vəkili Aqil Abbas "Dolu" romanı əsasında çəkilən eyni adlı filmə görə təltif edilib.

"O Səs Türkiyə"nin finalçılarından olan və “Üsyan” mahnısı ilə sevilən Ayda Mooşarrafın tədbirə gələcəyi gözlənilsə də, son anda bu, mümkün olmayıb. Xəyal Rza yaxın aylarda Aydanın xüsusi konsert proqramının təşkilini vəd edib.

Qeyd edək ki, ötən illərdə keçirilən “The First” mükafatının təqdimetmə mərasiminə Türkiyədən şoumen Bəyazıt Öztürk, aktyor Erkan Petekkaya, aktrisa Serenay Sarıkaya, müğənni Soner Sarıkabadayı, Selami Şahin və digər məşhur ulduzlar gəlmişdi.

Tədbirdən özəl şəkilləri təqdim edirik.

Foto: Rəşad ABBASOV