Əməkdar artist Elza Seyidcahan özünü psixoloq hesab edir.
Müğənni Axşam.az saytına açıqlamasında mahnıları ilə insanları müalicə etdiyini bildirib. O, “Həyata küsmə” bəstəsinin bir çox insanı depressiyadan qurtardığını deyib:
“Mən psixoloq istedadı ilə doğulmuşam. Bəstələrimlə insanlara xoş əhval-ruhiyyə bağışlayır, onları müalicə edirəm. “Həyata küsmə” adlı mahnım çox adamı depressiyadan çıxarıb. Hətta bir dəfə bir xanım mənə yaxınlaşıb dedi ki, çox pis vəziyyətdə idim, intahar edəcəkdim, sizin "Həyata küsmə" mahnınız məni yolumdan geri çəkdi”.
Müğənni Gülay Zeynalova ilə məclislərin birində qarşılaşan və onunla fotosessiya etdirən bəstəkar-müğənni muğam ifaçısı ilə işbirliyi edəcəyini deyib:
“Gülayın səsini, sənətini çox bəyənirəm. Dəfələrlə qastrol səfərlərində olmuşuq. Onun üçün gözəl mahnı bəstələyəcəyəm, birlikdə uğurlarımız çox olacaq”.