Müğənni Elvin Abdullayev tədbirlərin birində fotokameramızın qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi dəbli geyimi ilə diqqət çəkib. Paltarlarını seçərkən bahalığa, brendə önəm verməyən Elvin heç vaxt saç düzümü üçün ustaya getmədiyini də sözlərinə əlavə edib. Müğənni şəkillərdə gördüyünüz bu imicinə 530 manat xərcləyib:

Şalvar – 35 AZN “Qanni”
Pencək – 170 AZN “Qanni”
Köynək – özəl tikilib 50 AZN
Saat – 190 AZN “Gold time”
Ayaqqabı – 60 AZN “Qanni”
Kəmər – 20 AZN “Qanni”
“Kəpənək” – 5 manat
Foto: Rəşad ABBASOV