Müğənni Elçin Cəfərov əməliyyatdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Yaxşıların yaxşısı 2013” mükafatının təqdimetmə mərasiminə qatılıb.
O, “İlin hitmeykeri” adına layiq görülüb. 2013-cü ildə bir çox mahnıları hit olan E. Cəfərov Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif edilib.
Qeyd edək ki, mükafatlandırma mərasimi ötən gün baş tutub.