8 aylıq hamilə olan Lalə fəlsəfə doktoru olacaq - fotolar

8 aylıq hamilə olan Lalə fəlsəfə doktoru olacaq -  fotolar
3445 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova yeni elmi dərəcəyə sahib olmaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda qonaq olduğu “Lider” telekanalında yayımlanan “Solo” verilişində deyib.

O, fəlsəfə doktorluğu üzrə müdafiəyə başladığını bildirib:

“Bununla bağlı elmi iş hazırlayıram. Əgər alınsa, fəlsəfə doktoru olacağam”.

L. Məmmədova yeniliklərindən də söz açıb. O, iki ay sonra silsilə kliplər çəkdirəcəyini bildirib:

“İşlərimin çoxu qalıb. Yaza doğru bütün planlarımı gerçəkləşdirəcəyəm. “Dəli eşq”, “Bu şəhər ikimizə dar” və sosial mövzulu bir mahnıma klip çəkdirəcəyəm. Hətta onları həvalə edəcəyim rejissoru da müəyyənləşdirmişəm”.