Coşqun Bakıya qayıtdı - fotolar

Coşqun Bakıya qayıtdı - fotolar
3176 dəfə oxunub
  • A-
  • A
  • A+
Səhhətindəki problemlə əlaqədar Türkiyəyə yollanan tanınmış gülüş ustası Coşqun Rəhimov Bakıya qayıdıb.

Axşam.az xəbər verir ki, İstanbulda müayinə olunan Coşqun ötən gün "Yaxşıların-yaxşısı 2013" mükafatlandırma mərasiminə qatılıb.

Xatırladaq ki, aktyor 2010-cu ilin noyabrında qalxanvarı vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar. 2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, aktyor bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş.

Foto: Rəşad ABBASOV