“Halikarnas Hall” möhtəşəm açılışla başladı - Fotolar

“Halikarnas Hall” möhtəşəm açılışla başladı - Fotolar
2904 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 17-də “Halikarnas Hall” restoranının açılış mərasimi baş tutub.
 
Axşam.az xəbər verir ki, bu münasibətlə yeni məkanda əfsanəvi "Yalla" və "Boney M" musiqi qruplarının konserti keçirilib.
 
"Şərq-Qərb küləyi” adlanan konsert proqramının aparıcıları xalq artisti Aygün Kazımova və tanınmış aparıcı Emin Musəvi olub.

Yay konserti Ukraynanın tanınmış "Foresight" şou-balet rəqs qrupunun qaynar rəqs nömrəsi ilə başlayıb. Daha sonra “Halikarnas Balıkçısı”nın rəhbəri Eyyub Niyazov və konsert layihəsinin təşkilatçısı Zemfira Adıgözəlova çıxış ediblər. Daha sonra səhnəyə “Yalla” qrupu çıxıb. Musiqinin müşayiəti altında modelyer Fəxriyyə Xələfovanın Şərq kolleksiyası dəfiləsi nümayiş etdirilib. “Boney M”in çıxışı səhnəni daha da canlandırıb. Hər iki qrupun çıxışından sonra rəssam Milena Nəbiyevanın üzərində milli atributlarla bəzədiyi armudu stəkan və nəlbəki hədiyyə edilib. Tədbirin sonuna doğru “Halikarnas Hall”ın açılışı münasibətilə hazırlanan tort kəsililib və atəşfəşanlıq olub.

Qeyd edək ki, "Halikarnas Hall" restoranı Qum adası, Zığ şossesində yerləşir.


Tel:  (+99450) 552 42 02