Çinin nəhəng avtomobil istehsalçısı olan GAC markası iyunun 19-da Bakıda yeni modellərinin təqdimatını keçirib.
Axşam.az xəbər verir ki, “Sirena Motors”un Babək prospektindəki sərgi satış mərkəzində GAC GA8 biznes sedanı və 7 nəfərlik Suv GAC GS8 modelləri təqdim olunub. Təqdimat mərasimində iş adamları, media nümayəndələri və şou-biznesin tanınmış simaları iştirak edib.
Təqdim olunan avtomobillərin əsas üstünlüyü sinfində olan digər avtomobillərdən qat-qat aşağı yanacaq sərf etməsidir. Belə ki, GAC GS8 avtomobili 2.0 L Turbo mühərriklə təhciz edilib. Avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir: İnteryer və eksteryer baxımından zəngin olan avtomobilləri sərfəli kredit şərtləri ilə əldə etmək mümkündür. İlkin ödəniş 15%-dən başlayaraq avtomobilləri əldə edə bilərsiniz. Avtomobillərə 5 il və ya 120.000 km zəmanət verilir.
Qeyd edək ki, GAC markası buna qədər GA3, GA5 və GS5 modellərini Azərbaycanda satışa çıxarıb. 2016-cı ilin sonunda isə GS4 krossoveri avtomobil həvəskarlarına təqdim olunub. Markanın Azərbaycanda yeganə və rəsmi distribyutoru “Sirena Motors” şirkətidir. “Sirena Motors” Çinin 4 avtomobil konserni ilə yaxından əməkdaşlıq edir.
Əlaqə nömrələri:
Bakı: (050) 226 32 00, (050) 226 32 05,
Gəncə: (070) 9911919,
Lənkəran: (050) 348 78 88
Sirenamotors.az saytı vasitəsilə avtomobillərin sınaq yürüşünə qeydiyyatdan keçə bilərsiniz.