Vyetnamın Da Nanq şəhərində yerləşən Qızılı körpü (The golden bridge) yerli və xarici turistləri təəccübləndirməyə davam edir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hər il bir milyondan çox insan körpünü ziyarət etməyə gedir. Dəniz səviyyəsindən min metr yüksəklikdə olan daş əllərin üzərində dayanan körpünü “Ta corporation” şirkətinin memarları tikib.
Onlar əlləri bir ilə hazırladıqlarını bildiriblər.