Ötən gün Nyu-Yorkda "Radio City Music Hall" konsert salonunda "MTV Video Music Awards"-ın 35-cisi keçirilib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, gecəyə qatılan məşhurlar geyimləri ilə yadda qalıblar. Onlardan biri də amerikalı reper Cardi B olub.
Bu il çıxartdığı albomla ən çox gəlir qazananlardan biri olan reper dərin sinə dekoltesi və uzun yarığı ilə tədbirə damğa vurub.
Ötən ay ana olan Cardi bədən quruluşu ilə də heyran edib.