Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar.
Axşam.az xəbər verir ki, idman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.
Görülən işlərlə tanışlıq zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə İlham Əliyevə məlumat verib.