Azərbaycanlı ulduzlar bir arada - Fotolar

Azərbaycanlı ulduzlar bir arada - Fotolar
3120 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub.

Axşam.az xəbər verir ki, “Ulduzlar bir arada” adlı konsertdə tamaşaçıların çox sevdikləri Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.

Konsertdə müasir Azərbaycan estradasının ən məşhur hitləri səsləndirilib. Bu konsert həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə Ağayeva və Murad Arifin, Zülfiyyə Xanbabayeva və Malikin, Röya və Miri Yusifin duetləri alqışlarla qarşılanıb.