Xəbər verdiyimiz kimi, müğənni Bengü Səlim Səlimoğlu ilə ailə qurur.
Axşam.az “Posta”ya istinadən məlumat verir ki, ötən gün ifaçının xına mərasimi olub. Məclisdə bəzi məşhurlar da iştirak edib. Sənətçi özəl gününə modelyer Rəşid Bağzıbağlının hazırladığı libası geyinib. Bengü və nişanlısı toy hazırlıqları üçün ümumilikdə 1 milyon türk lirəsi xərcləyib.