Kərpic ilə selfi çəkdirən uşaqların xəyalı gerçək oldu - fotolar

Kərpic ilə selfi çəkdirən uşaqların xəyalı gerçək oldu - fotolar
5297 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Ordu əyalətinin Korqan kəndində oxuyan 4 məktəblinin kərpic ilə selfi çəkməyi ölkənin gündəmini zəbt edib.

Axşam.az-ın “Haberler”ə istinadən məlumatına görə, Məktəb Forması Dərnəklər Federasiyasının rəhbəri Koray Maral da hadisəyə biganə qalmayıb.

O, şagirdlərinin əllərində kərpiclə şəkillərini çəkdiyini gördükdən sonra onların oxuduğu məktəbə fotoaparat göndərib.

Korqanda baş tutan bir festivala qatılan Maral hədiyyəni də orada uşaqlara verib. Koray qeyd edib ki, yoldaşı da müəllimdir və ibtidai sinifdə həmin məktəbdə təhsil olub. Ona görə uşaqların kərpiclə selfi çəkdirdiyi fotonu görəndən sonra cütlük onlara belə bir hədiyyə almaq fikrinə düşüb.