Cazibədar aktrisanın saçları ağardı

Cazibədar aktrisanın saçları ağardı
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı aktrisa Kameron Diaz hər zaman öz zahiri görünüşü və cavanlığı ilə diqqət çəkir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı ulduzun saçları ağarsa da, o, bunu özünə kompleks etmir.

Aktrisa artıq ətrafdakıların onu olduğu kimi qəbul etməsini istədiyini söyləyib. Dalğalı və cazibədar saçlar, gözəl bədən quruluşu üçün mübarizə aparmayacağını deyən Kameron “The body book” adlı yeni kitabının nümayişində təəccüb yaradıb. Dəbli geyimi və gözəl bədəni ilə diqqət çəkən aktrisa ağ saçları ilə qəribə təəssürat oyadıb.

Xatırladaq ki, Kameron Diaz bu kitabında formada qalmağın sirlərindən, uğurlu pəhrizdən və arıqlamağın bilinməyən tərəflərindən danışır.