Cem Yılmazın keçmiş xanımı evindən köçdü - fotolar

Cem Yılmazın keçmiş xanımı evindən köçdü - fotolar
1305 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış şoumeni Cem Yılmazın ötən həftə boşandığı xanımı Ahu Yağtu cütlüyün birgə yaşadığı evdən köçüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ahu İstanbulun Levent istiqamətindəki villadan yalnız şəxsi əşyalarını və oğlu Kamalın oyuncaqlarını götürüb.

Cütlük boşandıqda Cem Yılmazın xanımına aliment olaraq 3 ev verdiyi bildirilirdi. A. Yağtu isə Ulus qəsəbəsində ev kirayələməklə bu xəbəri şübhə altına atıb.

Qeyd edək ki, 18 ay evli qalan C. Yılmaz və A. Yağtu Yeni il günü boşanıb.