Tanınmış aktrisa Ancelina Coli uşaqları ilə birgə istirahət edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu film çəkilişi ilə əlaqədar getdiyi Sidney şəhərində luna-parka yollanıb. O, övladlıqları Peks, Zahara, əkizləri Vivyen və Noks ilə görüntülənib. Müxtəlif attraksionlardan istifadə edən ailə vaxtını şən keçirib.
Aktrisanın övladlığa götürdüyü Meddoks və qızı Şilo isə həmin vaxt həyat yoldaşı, aktyor Bred Pittin yanında olub.