Aktrisa 41 kq arıqladı - Fotolar

Aktrisa 41 kq arıqladı - Fotolar
3450 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sihirli annem” serialında rol alan aktrisa Damla Ersubaşı 6 ay ərzində 41 kiloqram arıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, o, bir müddət əvvəl mədə kiçiltmə əməliyyatı etdirmişdi. Verilişlərdən birinə qonaq olan Damla bu barədə danışıb:

“Nəfəs almağa çətinlik çəkirdim. Gözəlliyim üçün də arıqladım. Amma ən çox sağlamlığımı qorumaq üçün əməliyyat oldum. Qızımla əvvəlki kimi zaman keçirə bilmirdim. Əməliyyatdan sonra da qidalanmağıma diqqət edirəm. Yoxsa yenidən kökələ bilərəm”.

Qeyd edək ki, aktrisa 2016-cı ildə ailə qurub və onun Zəhra adlı bir qızı var.