"Erkenci kuş"un ulduzu Can Yaman ötən gün Nişntaşı istiqamətində görüntülənib.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Canın yanında sarışın bir gözəl olub. "Xanım sevgilinizdir" sualına aktyor əsəbi halda "Xeyr, əlaqəsi yoxdur" deyə cavab verib. Daha sonra qəzəbi soyumayan Yaman jurnalistlərə "Siz kimsiniz bizi çəkirsiniz" deyə qışqırıb.
Cütlük üzünü kameralardan gizlədib. Sonra isə takiyə minərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, bir müddət əvvəl Canın adıçəkilən ekran işində tərəf müqabili aktrisa Demet Özdemirlə eşq yaşadığı iddia olunurdu.