Azərbaycanda bir çox layihələrin müəllifi, türkiyəli prodüser Kamal Cenk İçtənlə ailə həyatı qurmağa hazırlaşan model Minarə Allahverdiyeva toyun vaxtını açıqlayıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində model Cenklə tanışlığından söz açıb:
“Onunla ilk öncə sosial şəbəkədə danışmışıq. Buna qədər işlə bağlı tanışlığımız var idi. Virtual həyat isə bizi daha da yaxınlaşdırdı. Bir müddət yazışdıqdan sonra görüşdük. Xasiyyətimiz uyğun gəldi. Dördüncü görüşdə mənə evlilik təklifi etdi. Onun məni xoşbəxt edə biləcək biri olduğuna inanıram. Həm də ilk növbədə qızımın sevgisini qazandı. Buna görə də təklifinə “hə” cavabını verdim. İndi də qızımla məndən daha çox vaxt keçirir. Hər gün onu gəzməyə aparır. Toy fevralın 1-də - mənim ad günümdə olacaq”.
Minarə bildirib ki, ailə həyatı qurduqdan sonra Türkiyədə yaşayacaq:
“Cenk peşəmlə bağlı heç bir qadağa qoymayıb. İşimi davam etdirəcəyəm. Toydan sonra Türkiyədə yaşayacağıq. Hərdən işlə bağlı buraya gələcəyəm. Bu il iki filmdə baş rola çəkiləcəyim gözlənilir”.
Foto: İska İSMAYILOV