İspaniyalı aktrisa və model Penelopa Kruz uzun müddətdir ki, əməkdaşlıq etdiyi “Loewe” üçün kamera qarşısına keçib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, markanın reklam çarxında rol alan Kruz cazibədarlığı ilə göz qamaşdırıb.
Krem rənginin üstünlük təşkil etdiyi reklamda ışıqlar xüsusilə maraq doğurub. Fotoların müəllifi Merta Alas və Markus Piqqotdur. Məşhur model şarmlı çantaları reklam edərkən cazibədarlığı və şarmı ilə hər kəsi özünə heyran qoyub.