Amerikalı aktrisa və müğənni Cessika Simpson ictimaiyyəti təəccübləndirməkdə davam edir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, daha əvvəl övladı dünyaya gəldikdən sonra qısa müddət ərzində arıqlayan Cessika Hollivudun ən cazibədar aktrisalarından birinə çevrilməyi bacarmışdı.
20 kiloqram artıq çəkidən azad olan Simpson yayda ikinci uşağını dünyaya gətirdikdən sonra yenidən əvvəlki formasına qayıdacağına söz vermişdi. Bu günlərdə aktrisa Nyu Yorkda “Good Morning America” şousuna qatılıb. Zərif makiyajı və yeni stildə olan sarı saçları ilə diqqəti üzərinə toplayan Cessika dəbli geyimi ilə də maraq doğurub. Qara rəngli kürkü və ayaqqabıları isə sənətçiyə xüsusi gözəllik verib.