Rusiyanın ən uzun ayaqlı qadını seçilib.
Axşam.az xəbər verir ki, bu, 18 yaşlı Anastasiya Straşevskayadır.
106 sm uzunluğunda olan ayaqlarına görə birinclik əldə edən iştirakçının əsl peşəsi vəkillikdir. Bu qalibiyyət isə ona 2500 dollar qazandırıb. Yarışmadan sonra məsələni şərh edən Straşevskaya müsabiqənin həyatında çox şeyi dəyişməyəcəyini deyib. Anastasiya vəkillik karyerasının onun üçün önəmli olduğunu və bundan sonra da öz işindən imtina etməyəcəyini söyləyib.