Türkiyəli teleaparıcı, TV8-in sahibi Acun Ilıcalı müğənni Hadisə, Murad Boz və Gökhan Özənlə şam yeməyinə çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun yeni layihələrindən danışıb.
TV8 üçün qısametrajlı komediya filmləri çəkmək istəyən teleaparıcı Murad Boza da dəvət göndərəcək. "Murada hər şey yaraşır, onu hər yerdə oynada bilərəm" deyən Acun işləri ilə əlaqədar şam yeməyini sənətçi dostlarından tez tərk edib.