Dünya şöhrətli model Miranda Kerr Antalyaya gəlib.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avstraliyalı gözəl "Dosso Dossi" dəb gecəsində iştirak edəcək.
30 yaşlı model podiuma 3 milyon dollarlıq daş-qaşla bəzədilmiş geyimdə çıxacaq. Modelyer Roberto Bravonun üzərində işlədiyi libas xüsusi mühafizəçilər tərəfindən qorunacaq. Dəfilə yanvarın 14-dək davam edəcək.
Miranda hava limanına enən kimi mühafizəçilər tərəfindən əhatə olunub. Cazibədar model uzun yol gəldiyi və üzü şişkin olduğu üçün yaxından görüntülənmək istəməyib.
Qeyd edək ki, Miranda Kerr 2 il əvvəl "Viktoriya Sekret"in nümayişinə 2.5 milyon dollarlıq büsthalterlə çıxmışdı.