Kamilənin kök halda efirə çıxması narazılıq yaratdı - açıqlama + fotolar

Kamilənin kök halda efirə çıxması narazılıq yaratdı -  açıqlama + fotolar
6828 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamilə Babayeva ana olduqdan sonra ilk dəfə səhnəyə çıxıb.

Axşam.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Özünə bax 2” verilişinin final gecəsində aparıcılıq edən Kamilə çox həyəcanlı olduğunu deyib. O, əməkdaşımızla söhbətində təəssüratlarını bölüşüb:

“İki ilə yaxın müddətdir peşəmdən uzaqlaşmışdım. Etiraf edim ki, çox həyəcanlı idim. Böyük və önəmli gecə keçirilirdi. Həm də milyonlarla insan ekran qarşısında məni izləyirdi. Ən yaxın rəfiqəmin (layihənin təşkilatçısı Ruhi Əliyevanı nəzərdə tutur - red.) tədbirinin yaxşı olmasını, ürəyimcə alınmasını istəyirdim. Mənim birinci tənqidçim ailəmdir. Onlardan isə müsbət rəylər aldım. Deməli, bu tapşırığın öhdəsindən uğurla gəlmişəm. Canlı yayım bitdikdən sonra yaxınlarım mənə ismarışlar yazdı. Hamı tərifləyir və hər şeyin gözəl olduğunu bildirirdi. Özümdən narazı qaldığım anlar oldu. Amma bu mənim sirrimdir”.

Ana olduqdan sonra xeyli çəki alan Kamilə Babayeva bundan narahat olmadığını deyib. O, sosial şəbəkələrdə haqqında yazılan tənqidi rəylərə əhəmiyyət vermir:

“Mən yeni ana olmuşam. Artıq kilolarımın yaranması təbiidir. İnsanların yazdığı mənfi fikirlərə normal yanaşıram. Onları oxumuram, heç fikir də vermirəm. Sosial şəbəkələrdən istifadə etmirəm. Mən virtual ünsiyyətə yox, canlı münasibət qurmağa daha çox üstünlük verirəm".

K.Babayeva deyib ki, aparıcılığa tam olaraq geri dönmək haqda hələ düşünmür:

“Ailəmdəki işlərimi yoluna qoymalıyam. Körpə uşaqla çalışmaq uyğun gəlmir. Hər gün efirə çıxmaq çətindir. Verilişin öz məsuliyyəti var. Bununla belə, maraqlı iş təklifi olsa, düşünərəm".

Qeyd edək ki, Kamilə Babayeva dünən canlı yayımdakı çıxışına görə sosial şəbəkələrdə tənqid olunub. Onun tez-tez yalnışlığa yol verməsi və kök halda efirə çıxması birmənalı qarşılanmayıb.

Zəhra ƏHMƏDOVA

Foto: Rəşad ABBASOV