Məşhur müğənni Britni Spirs “People's Choice Awards 2014” mərasiminin ən cazibədar ulduzları sırasında yer alıb.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gecədə bir-birindən dəbli geyimlərlə göz oxşayan tanınmışlar arasında Britni xüsusilə seçilib.
Mərasimdə “ən yaxşı pop ifaçı” adına layiq görülən Spirs zərif makiyajı və saç düzümü ilə də çox bəyənilib.