Tanınmış model Kendis Sveynpolun yeni fotoları yayımlanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cənubi afrikalı gözəl "Viktoriya Sekret" in yeni çimərlik kataloqunu nümayiş etdirmək üçün kamera qarşısına keçib.
26 yaşlı model dəniz kənarında poz verib. Fotoları Russel Ceyms lentə alıb. Fransanın Sent-Tropez sahillərində çəkilən fotoşəkillərə maraq olduqca böyükdür.
Qeyd edək ki, K. Sveynpol ardıcıl 4-cü dəfə "Viktoriya Sekret"in çimərlik kataloqunun siması seçilib.