Məleykə Əsədovaya orden verildi

Məleykə Əsədovaya orden verildi
1640 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədovaya orden verilib.

 Axşam.az xəbər verir ki, Akademik Milli Dram Teatrının aktrisası mədəniyyətlərarası münasibətlərin qurulmasına, milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş ictimai faəliyyətinə, Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkənin hüdudlarından kənarda keçirilən ictimai tədbirlərdə fəal iştirakına görə İnsan Hüquqları Müdafiəsi Beynəlxalq Komitəsinin təsis etdiyi “AYPARA və ULDUZ” ordeni ilə təltif olunub.

Xalq artisti təəssüratlarını bizimlə bölüşüb:

“Təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində də oynadığım obrazlarla maraq doğurmuşam. Hollandiyada möhtəşəm çıxışım olub. Ölkədə klassik obrazların ən gözəl ifaçısı mənəm. Vətənimi xaricdə təmsil etməyi bacaran bir aktrisayam. Buna görə də əməyimi bu ordenlə qiymətləndiriblər. Bu mənim üçün şərəfdir”.