Məşhur müğənni Britni Spirs kifayət qədər arıqlamasına baxmayaraq, məşqlərə ara vermir.
Axşam.az-ın məlumatına görə, ifaçı bütün həyatı boyu artıq çəki ilə mübarizə aparıb. Britni indi də bunun üçün ciddi səylə çalışır.
Las Veqasda mehmanxanaların birində möhtəşəm şou nümayiş etdirən 32 yaşlı ulduz idmanı da arxa plana atmır.
Xatırladaq ki, 2013-cü ildən Britni Spirs iki illiyə Las Veqasa köçüb. Hər il ərzində o, 48 şou nümayiş etdirəcək və 15 milyon dollar qazanacaq.