Qonşusuna yumurta ilə hücum etdi - fotolar

Qonşusuna yumurta ilə hücum etdi - fotolar
1639 dəfə oxunub
  • A-
  • A
  • A+
Aqressiv davranışları ilə hər zaman tənqid hədəfinə tuş gələn müğənni Castin Biber qonşusuna yumurta ilə hücum edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bağçasında qəribə səs eşidən ulduzun qonşusu evinin ikinci mərtəbəsindən baxanda Castini görüb. Müğənninin onun villasının ətrafında nə etdiyini anlaya bilməyən həmin şəxs Castindən bu barədə soruşduqda isə hücuma məruz qalıb. Belə ki, Biber qonşusunun evinə dayanmadan yumurta atıb. Evinin şəkillərini çəkərək paylaşan qonşu müğənnini polisə verib.