Kameron Dias: "Cavanlaşmaq üçün bunları etmək axmaqlıqdır"

Kameron Dias: "Cavanlaşmaq üçün bunları etmək axmaqlıqdır"
4081 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Kameron Dias gözəllik sirləri ilə bağlı açıqlama verib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivud ulduzu cavan qalmaq üçün edilən cəhdləri mənasız hesab edir:

"İnsanlar cavan qalmaq üçün hər yola əl atır, kremlərdən istifadə edirlər. Bunları etmək axmaqlıqdır. Onlar yaşlanmağın qarşısını almır. Çünki zamanı geri qaytaracaq heç bir qüvvə yoxdur. Təbii gözəllik mənim üçün hər zaman öndə gəlib".

Qeyd edək ki, 41 yaşlı K. Dias bir müddət əvvəl üzünə botoks etdirdiyini etiraf etmişdi.