Azərbaycanlı yazıçı vəfat etdi

Azərbaycanlı yazıçı vəfat etdi
1047 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı tədqiqatçı, yazıçı-publisist Ayaz Əhmədov vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a A.Əhmədovun ailə üzvləri məlumat veriblər.

Məlumata görə, yazar ötən gün axşam saatlarında 79 yaşında yaşadığı Lənkəran şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vahab oğlu Əhmədov 12 may 1939-cu ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. O, "Report"un əməkdaşı, jurnalist Asəf Əhmədovun atasıdır.

Allah rəhmət eləsin!