Türk filmlərinin əvəzolunmaz aktrisası Türkan Şoray xəstəxanadan evə buraxılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı sənətçi səhhəti haqqında məlumat verib:
"Əməliyyat çox yaxşı keçdi. Özümü əla hiss edirəm. Narahat olacaq nəsə yoxdur. Bundan sonra daha yaxşı olacağam. Ən azından arıqlayacağam. Qızımın doğumu zamanı da bacım yanımda idi. Onun səsi ilə özümə gəldim. "Çox gözəl bir qızın oldu" demişdi. Bu dəfə də eyni hadisə təkrarlandı. "Əməliyyatın çox gözəl keçdi" sözlərini eşidib oyandım".
Aktrisa qızı Yağmur və bacısı Nazan Şorayla birgə xəstəxanadan çıxıb.
Qeyd edək ki, T. Şoray sol böyrəküstü vəzisində normadan artıq hormon ifrazı aşkarlandığı üçün qarın boşluğundan cərrahi əməliyyat olunub və böyrəküstü vəzisi laparoskopik üsulla çıxarılıb.