“Mahnım özlərini “lezvalayan”, başını divara vuranlar üçün deyil" - Eldar+Video

“Mahnım özlərini “lezvalayan”, başını divara vuranlar üçün deyil" -  Eldar+Video
841 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Eldar Qasımov yeni işlərindən söhbət açıb.

Axşam.az-a danışan “Eurovision” qalibi “Youtube” trendlərindən danışıb.
“Maddi qazanc boş şeydir. İnternetdən, “Youtube”dan elə də ciddi gəlir gəlmir. Düşünürəm ki, artist trendlərin dalınca qaçmalı deyil, bunu özü yaratmalıdır.
Biz artistlər sənəti riyazi yolla ölçürüksə, o zaman ölürük. Bu barədə düşünmək də lazım deyil. Fərqi yoxdur, istər müğənni, istər şair, əsas odur insanlara gözəl iş təqdim edəsən. Sənə nə lazımdır? Səni anlayan insanlar. Kiminsə xoşu gəlir deyə, “mən də buna baxım” deyən, trendlə yaşayan izləyicilər mənə lazım deyil” deyə, Eldar fikirlərini dilə gətirib.

Müğənni yeni “Rising up” adlı mahnısının işıq üzü gördüyünü bildirib:

“Bir neçə müddət əvvəl isveçli bəstəkarlarla “Rising up” adlı mahnı çıxarmışdıq. Bu mahnı zənnimcə, uzun çəkən münasibətlərdən sonra ayrılan, başını divara vuran, özlərini “lezvalayan” insanların xoşuna gəlməyəcək. Ayrılandan sonra güclənib, problemlərin üstündə uçan insanlara aiddir. Hələki klip və videogörüntüsü olmasa da, bütün dijital platformalarda var. Azərbaycan dilində “Məsafələr” adlı mahnım da təqdim olunacaq. Burada söhbət uzaq məsafələrdə olub, bir-birini sevən insanlardan gedir”.

Pərviz Hüseyn