Qalkin bu qərardan da narazıdır

Qalkin bu qərardan da narazıdır
362 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin "xarici agent" kimi tanınması ilə bağlı məhkəməyə kassasiya şikayəti verib.

Axşam.az xəbər verir ki, o, adının xarici agentlər siyahısından çıxarılması ilə bağlı tələbinin rədd edilməsinin ardından yenidən məhkəməyə üz tutub.

Belə ki, martın 12-də bildirilib ki, Moskva Şəhər Məhkəməsi komediya aktyoru Maksim Qalkinin adını xarici agentlərin reyestrindən çıxarmaqdan imtina edən qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Lakin sonra onlar yenidən İsrailə qayıdıblar.

Həmçinin əvvəllər Rusiya Federasiyasında xarici agentlərə tətbiq edilən cərimələrin sayı il ərzində 20 dəfə artıb.