Puqaçova indi də bu ölkəyə köçür

Puqaçova indi də bu ölkəyə köçür
1472 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova Kiprdən İngiltərəyə köçür.

Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalında yayımlanan “Yeni rus sensasiyaları” ("Новые русские сенсации") verilişi iddia irəli sürüb. Onun yaxın vaxtlarda Londona gedəcəyi bildirilib.

Xəbər nə Puqaçova, nə də həyat yoldaşı, şoumen Maksim Qalkin tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. O bu yaxınlarda yenidən Rusiyaya qayıtmışdı.

Onu da qeyd edək ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmək üçün də Rusiyaya gəlib. Alla son olaraq Latviyadan paylaşım edib.