Puqaçova və Qalkin İsrailə qayıdıb

Puqaçova və Qalkin İsrailə qayıdıb
1305 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkinlə birgə İrailə qayıdıb. 

Axşam.az xəbər verir ki, bu barədə Puqaçova sosial media hesabında yazıb. O, dostları, musiqiçi Andrey Makareviçin ad günü ilə əlaqədar qısa müddətliyinə ora gedəcəklərini bildirib:

"Biz işıq sönənə, şam yanana qədər gəzəcəyik.

Həmçinin Qalkin də yayımladığı videoda İsraildə olduqlarını vurğulayıb.

Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib.