Mətanət söz atdı, Tolik özündən çıxdı - Bu dəfə onlar qalmaqal etdi

Mətanət söz atdı, Tolik özündən çıxdı -  Bu dəfə onlar qalmaqal etdi
2801 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, Mətanət ad günündə küsülü olduğu Sərxasn Kərəmoğlu ilə barışarkən dediyi "Səni tanıyanda, bəziləri aparıcı deyildi" sözləri Toliki özündən çıxarıb.

O, "Hər şey daxil" verilişində Əsədovanın ünvanına tənqidlər səsləndirib:

"Oğurluq etməmişəm, müğənni cibinə girməmişəm, evindəki söhbəti başqa yerdə danışmamışam. Sərxanı mən tanıyanda, Mətanət heç yox idi. Bu müharibə və oyunda Sərxan qalib gəldi. Çünki Sərxanla barışıq istənildi.

Mətanətə deməmişəm dava edin. İstəmiyənin gözü kor olsun. Mənə söz atmaq ki, "Kimlərsə aparıcı deyil" demək, lazım deyildi. Könül Kərimovanın ad günündə sənə mikrofon gec veriləndə, mən çıxıb səni təqdim etdim. Çölə çıxıb Sərxana söz dedim. Mən icazə vermədim başqa efirlər kimi, sənə pis söz deyilsin".

Qeyd edək ki, məşhurların davasına səbəb M.Əsədovanın yayılan videosundan sonra Sərxanın verilişinə getməməsi olub. Mətanət onun ünvanına təhqirlər səsləndirib. S.Kərəmoğlu isə onu məhkəməyə verib.