Saçını rəngləyən kişi sənətçilər

Saçını rəngləyən kişi sənətçilər
2024 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişi kişi müğənnilər arasında sorğu apararaq onların saç boyamalarına münasibət öyrənib.

Axşam.az saytı həmin sorğunu təqdim edir.

Xalq artisti Arif Babayev: "Əvvəllər mənə məsləhət görürdülər ki, saçını boya, yoxsa səni toya çağırmayacaqlar. Bu mənə yaraşmaz. 70-dən çox yaşım var, gedim üzümü dartdırım ki, qırışlı görünməsin? Olmaz axı".

Xalq artisti Səməd Səmədov: "Gördüm, saçlarım ağarır, pis oldum. Dedim, mən hələ toylara, tədbirlərə, məclislərə gedirəm, ağ saçla məni qəbul etməzlər. Ona görə saçlarımı qaraltdım".

Əməkdar artist Baloğlan Əşrəfov: "Bizim korifey aktyorlarımız da bir vaxtlar rol xatirinə saçlarını rəngləyirdilər. Buna pis baxmaq olmaz. Amma üzünü gedib plastik əməliyyat etdirən kişi ifaçıları qınayıram. Əgər görkəm müğənniyə, oxuduğu mahnılara xələl gətirirsə, niyə də onu düzəltməsin ki?"

Əməkdar artist Cavanşir Məmmədov: "Bir ara bığsız gəzdim, aləm bir-birinə dəydi, indi onları üzadıram. Saçımı isə rəngləməyə pis baxmıram. Ərəb ölkələrində saçları ağ kişi yoxdur. Hamı istəyir ki, yaxşı görünsün".

Müğənni Manaf Ağayev: "Biri çıxır, üzünə nə qədər krem yaxılmış halda. Biri də cırıq cins geyinir. Deyir, brenddir. Ayağının yarısı bayırda qalıb, nə brend? Saçımı rəngləyirəm, çünki seyrəkdir. Bu, dədə-baba dövrümüzdən var. Buna görə kişini qınamaq olmaz".

Bəstəkar Nailə Mirməmmədli: "Təbiiliyi sevirəm. Ona görə də kişilərin saçlarına rəng qoymasını xoşlamıram".